Xəbər lenti

ABŞ-da COVID-19 peyvəndinin ilk sınağı başladı
Dünya13:00 17.03.2020

ABŞ-da COVID-19 peyvəndinin ilk sınağı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sietldə yeni növ koronavirusun öhdəsindən gəlməyə kömək edəcək peyvəndin ilk sınağı keçirilməyə başlanıb. 
Qaynarinfo "Associated Press"ə istinadla bildirir ki, peyvənd 45 könüllü üzərində sınaqdan keçiriləcək. Peyvəndin bir ildən sonra satışa çıxarıla biləcəyi deyilir.
Bu arada Sibirdə işləyən rus alimləri də peyvəndin hazırlanmasına başlayıb. Ən uğurlu prototiplərin ikisi iyunda təqdim ediləcək.
Bu günə olan məlumata görə, dünya üzrə COVID-19-a yoluxan xəstələrin sayı 180 minə yaxınlaşır. Bu günə kimi 7 mindən çox insanın öldüyü bildirilir.