Məktəblərdə təşkil olunan silahlı hücum xəbərləri ilə tez-tez dünya gündəminə gələn ABŞ-da dünən 10 nəfərin ölümü, 10 nəfərin isə yaralanması ilə nəticələnən Teqsaz Santa Fe liseyinə hücumundan 24 saat keçmədən daha bir hadisə yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, oxşar hadisə Georgia ştatında da baş verib. Əyalətin Kleyton bölgəsində yerləşən Mt. Zion liseyinə silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.