ABŞ-da "Young Greatness" ləqəbi ilə tanınan repçi Teodor Cons öldürülüb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə Nyu-Orleanda baş verib və 34 yaşlı Cons "Waffle House" restoranının çıxışında güllələnərək qətlə yetirilib. Polis hadisədə şübhəli bilinən 2 nəfəri axtarır.
Qeyd edək ki, "Young Greatness" "Moolah" mahnısı ilə tanınmışdı.
Gülşən