Xəbər lenti

ABŞ-da daha bir ştat yaranır: Nümayəndələr Palatası təsdiqlədi
Dünya15:05 27.06.2020

ABŞ-da daha bir ştat yaranır: Nümayəndələr Palatası təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresinin Nümayəndələr Palatası Vaşinqtonun ölkənin 51-ci ştatı olaraq qəbul edilməsinə dair layihəni təsdiqləyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, keçirilən səsvermədə 232 deputat layihənin lehinə, 180 nəfər isə əleyhinə səs verib. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi uzun müddətdir paytaxtın statusunun zəif olmaması səbəbindən ciddi haqsızlığa məruz qaldığını bildirib.
Sənəd növbəti mərhələdə respublikaçıların üstünlük təşkil etdiyi Senatda səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Ağ Evdən daha əvvəl verilən açıqlamada layihənin Prezident Donald Trampın qarışına gələcəyi təqdirdə veto hüququndan istifadə edəcəyi bildirilmişdi. Çünki Tramp Vaşinqtonun ştat olacağı təqdirdə, Nümayəndələr Palatası və Senatda demokratların üstünlük təşkil edəcəyinə inanır.
Digər tərəfdən Vaşinqton heç bir ştata tabe olmasa belə xüsusi statusa sahibdir. Paytaxt birbaşa federal dövlətə bağlıdır. Şəhərin bələdiyyə sədri var, lakin qubernatoru yoxdur. Vaşinqtonu Konqresdə təmsil edən nümayəndə olsa da, onun səsvermə hüququ yoxdur. Həmçinin bölgəni təmsil edən senator da var. 
Camal