Xəbər lenti

ABŞ-da dəhşətli partlayış: 70 ölü, 100 yaralı (VİDEO)
Dünya05:00 18.04.2013

ABŞ-da dəhşətli partlayış: 70 ölü, 100 yaralı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

09:14

ABŞ-ın Texas ştatının Vest şəhərində gübrə zavodunun partlaması nəticəsində 70-dən 100-ə qədər ev dağılıb. Bu barədə cümə axşamı "NBC" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, partlyayış nəticəsində 200 nəfər yaralanıb. Onlardan 40-nın vəziyyəti ağırdır.

Xəstəxanaya yerləşdirilənlər arasında iki uşaq da var.

Şəhər rəhbərliyi yanğınsöndürən və tibbi helikopterlərin işinə mane olmamaq üçün şəhərin üzərində uçuş zonası tətbiq edib.

Trend

10:00

Baş vermiş partlayış nəticəsində 60-70 nəfərin öldüyü bildirilir. Bu məlumatı yerli KWTX televiziya kanalı Vest şəhərinin təcili yardım xidmətinin rəhbəri Corc Smitə istinadən yayıb. Yaralıların sayı 100-dən çoxdur.  

Əvvəlcə müəssisə ərazisində susuz ammiak dolu rezervuarda partlayış olub və alov ətraf tikililərə, o cümlədən orta məktəb binası və qocalar evinə də keçib. Partlayış dalğası uzaqda yerləşən binalara da zərər vurub. Yenidən partlayış baş verməsi ehtimalı hadisə yerində xilasetmə işlərinin aparılmasını ləngidir. Müəssisənin 1,7 km radiusunda yaşayan əhalidən evlərini tərk etmək tələb olunub. 

APA