Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Çikaqoda Türkiyə vətəndaşları ilə görüşündə Ermənistan-Türkiyə prosesi ABŞ-dakı erməni diasporunun arqumentlərini məhv edəcək.
Qaynarinfo "Anadolu”ya istinadla xəbər verir ki, Kalın ABŞ-dakı erməni lobbisinin anti-türk əhval-ruhiyyəsini öz kimliyinin bir hissəsinə çevirdiyini deyib.
"İndi Qafqazda tamam başqa proses həyata keçirilir və bu diasporun bütün arqumentlərini üzərində qurduğu bünövrə məhv olmaq ərəfəsindədir. Başqa sözlə, Ermənistanla Türkiyə arasındakı münaqişə və ya Ermənistan-Türkiyə münaqişəsi Qafqazda sona yaxınlaşır. Qarabağın işğaldan azad edilməsi və bunun reinteqrasiyası ilə Azərbaycanın bir hissəsi kimi regionda tarixin yeni səhifəsi açılıb”, - Kalın bildirib.
Onun sözlərinə görə, bu mənada heç kimin hər hansı başqa gözləntisi yoxdur, Ankara və İrəvan münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atır. Eyni zamanda, Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, normallaşmadan ən böyük faydanı Ermənistan görəcək.
"Türkiyə ilə münasibətlərin normallaşması dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayəsində olan Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan böyük töhfə verəcək”, - deyə Kalın bildirib.
Alpər