Xəbər lenti

ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açıldı: 2 nəfər öldü, 5 nəfər yaralandı
Dünya05:00 15.06.2020

ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açıldı: 2 nəfər öldü, 5 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
APA-nın "Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki "Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.
Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. 
Hadisə ilə bağlı araşdırma başladılıb.