Xəbər lenti

ABŞ-da Hellouin gecəsi kütləvi atışma: 6 ölü, 33 yaralı
Dünya07:35 01.11.2021

ABŞ-da Hellouin gecəsi kütləvi atışma: 6 ölü, 33 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikada Hellouin şənlikləri zamanı 6 kütləvi atışma qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu haqda The Sun-un məlumatında deyilir. İlkin məlumatlara görə, cümə axşamından bazar günü səhərə kimi altı atışma hadisəsi baş verib: ikisi Kaliforniyada, ikisi Texasda, ikisi İllinoysda və Nyu-Meksikoda bir atışma.
Hadisələr nəticəsində azı 6 nəfər ölüb, daha 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ekspertlərin fikrincə, bu vəziyyət ABŞ-da cinayətlərdə misli görünməmiş bir sıçrayışa çevrilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Alpər