Xəbər lenti

ABŞ-da ikinci 11 sentyabr: cəsədlər üçün səyyar morqlar quraşdırıldı
Dünya14:19 27.03.2020

ABŞ-da ikinci 11 sentyabr: cəsədlər üçün səyyar morqlar quraşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da koronavirus epidemiyasının zirvə vəziyyətinə hazırlaşırlar. Nyu-York səlahiyyətliləri koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin ən pis ssenarisinə uyğun əlavə tədbirlər görür. Hətta xəstəxanaların yaxınlığında ölülərin cəsədlərini yerləşdirmək üçün səyyar soyuducu maşınlar yerləşdirilib.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, Nyu York səlahiyyətliləri inşa edilmiş əlavə morqlarda kifayət qədər yer olmayacağından qorxurlar. Artıq, Bellevue Xəstəxanasının yaxınlığındakı hasarlı ərazidə, zəruri hallarda ölüləri daşıyacaq soyuducu qurğuları olan ağ çadırlar və avto-qoşqular görmək mümkündür.
Soyuducu çadırlar və refrijatorlarda təxminən 3600 cəsəd saxlamaq olar. Şəhər xəstəxanalarının stasionar morqlarında isə 800-900-dən çox cəsəd yerləşdirmək mümkün deyil.
CNN qeyd edir ki, sonuncu dəfə bu cür tədbirlər 2001-ci il 11 Sentyabr terror aktlarından sonra həyata keçirilib. Morqlarda kifayət yer olmayıb və səlahiyyətlilər soyuducu yük maşınlarından istifadə etmək məcburiyyətində qalıblar.
Hazırda Amerika Birləşmiş Ştatları koronavirus diaqnozu qoyulan halların sayına görə dünya liderinə çevrilib. Ölkədə 86 minə yaxın yoluxmuş var, 1170 nəfər ölüb və bu rəqəm daim artır. Nyu York əyalətində çərşənbə günündən cümə axşamına qədər təkcə bir gündə 100 nəfər koronavirusdan dünyasını dəyişib.
Alpər