ABŞ-da inanılmaz hadisə baş verib. İki aylıq uşaq anasından sonra "səni sevirəm" (I love you) sözlərini təkrarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Dunya News" nəşri məlumat yayıb. Videoda Kesia Kameron yeni doğulmuş oğluna "səni sevirəm" deyir və körpə qəflətən bu sözləri təkrarlayaraq valideynlərin böyük təəccübünə səbəb olur.
Uşağın nənəsi Lara Skadsen bu videonu lentə alaraq İnternetdə yayımlayıb və yazıb: "Nəvəm dahidir! Baxın!"
Unikal körpə internetdə ciddi marağa səbəb olub. Bəzi elm adamları bu fenomeni olduqca mümkün hesab edirlər, çünki körpələr bətndə olarkən hər şeyi eşidirlər. Təsadüfi deyil ki, hamilə analara klassik musiqi dinləmək və körpə ilə ünsiyyət qurmaq tövsiyə olunur. Tamamilə mümkündür ki, Kesia doğuşdan əvvəl də, uşaqla "söhbətlər aparıb”, bu məşhur sözləri tez-tez təkrarlayıb və doğuşdan sonra körpənin onları təkrar etməsi çətin olmayıb.
Alpər
<iframe width="707" height="427" src="https://www.youtube.com/embed/LrF2N-DuFC0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">