Xəbər lenti

ABŞ-da maşın etirazçıların üzərinə sürüldü: ölən və yaralananlar var (FOTOLAR)
Dünya07:04 13.08.2017

ABŞ-da maşın etirazçıların üzərinə sürüldü: ölən və yaralananlar var (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Virciniya əyalətində etiraz aksiyası keçirən bir qrup şəxsin üstünə avtomobil sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 19 nəfər isə yaralanıb. 

Şarlotsvil bölgəsində baş verən hadisədə irqçilik əleyhinə aksiya keçirən şəxslər hücuma məruz qalıb.

Qeyd edək ki, Konfederasiya ordusunun komandirinin heykəlinin ərazidən sökülməsi irqçi qrupun etirazı ilə qarşılanıb və irqçilik əleyhinə digər aksiyanın keçirilməsi ilə nəticələnib.

Gülşən

Qaynarinfo.Az