ABŞ-ın Detroit ştatındakı Sinai-Grace Xəstəxanasında morqlarda yer qalmadığı üçün koronavirusdan ölənlərin cəsədləri digər boş otaqlara yığılır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdan kütləvi məzarlığın ardınca bu görüntülərin ortaya çıxması epidemiyanın nə qədər ciddi olduğunu bir daha göz önünə sərir.
Qeyd edək ki, bu vaxta qədər ABŞ-da virus səvəvindən 23 mindən çox insan ölüb, 587 mindən artıq insan isə epidemiyaya yoluxub. 12 mindən çox insanın vəziyyətinin kritik olduğu bildirilir.