Xəbər lenti

ABŞ-da növbəti qanlı terror
Dünya06:31 13.05.2013

ABŞ-da növbəti qanlı terror

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da ötən ay Bostonda baş vermiş terror aksiyasından sonra ikinci terror aksiyası həyata keçirilib. 

Qaynar.info-nun məlumatına görə, Nyu Orlean şəhərində Analar Gününü qeyd etmək üçün keçirilən paradda terror aksiyası törədilib. 

Şəhər polisinin verdiyi məlumatda yerli vaxtla saat 13:45-də Frenchmen küçəsində parad iştirakçılarına atəş açıldığı bildirilib. Polis rəsmisi Qarri Flotun açıqlamasına görə, 10 kişi, 7 qadınla bərabər 2 uşaq da vurulub. 

Hadisə zamanı ölənlərin olmadığı, yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib. 

Polis hadisə yerindən 3 nəfər şübhəli şəxsin qaçdığını deyib. 

Qaynar.info