Xəbər lenti

ABŞ-da qar səbəbindən hava və quru nəqliyyatı iflic oldu
Dünya19:00 29.01.2022

ABŞ-da qar səbəbindən hava və quru nəqliyyatı iflic oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın şərq sahillərində güclü qar və külək səbəbindən Nyu-Yorkda 1 400-dən çox sərnişin reysi təxirə salınıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Con Kennedi hava limanı 877 reysin - planlaşdırılmış uçuşların ümumi sayının 76%-nin ləğvi barədə məlumat verib. La-Guardia Hava Limanı isə işini tamamilə dayandırıb və 556 uçuşu ləğv edib.
Yerüstü rabitə də pozulub. Belə ki, Amtrak milli dəmir yolu sərnişin korporasiyası pis hava şəraiti səbəbindən Nyu-York, Vaşinqton, Boston və Çikaqo arasında əlaqəni dayandırıb. Şəhərlərarası avtobus şirkətləri də reysləri ləğv ediblər.
Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.