
Amerikanın Filadelfia şəhərində (Pensilvaniya) səslərin sayıldığı Pensilvaniya Konvensiya Mərkəzinə hücum planı hazırlanıb.
Qaynarinfo xəbər verir ki, yerli WPVI TV kanalına görə, polis bir qrup insanın hücum planını aşkar edərək bir nəfəri saxlayıb.
Virciniya əyalətindən gələnlərin "Hammer” avtomobilində binaya hücum etməyi planlaşdırdıqları qeyd olunur. Onların silahları da ələ keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarların eyni ailənin üzvləri olduğunu istisna etmirlər.
Xatırladaq ki, 3 noyabr seçkilərinin nəticələri bu günə qədər açıqlanmayıb. Demokrat Co Bayden və Respublikaçı, hazırkı ABŞ Prezidenti Donald Trampın bu günə qədər qazanma şansı təxminən bərabərdir. Filadelfiyada GOP müşahidəçilərinin masalara yaxınlaşmasına imkan verən məhkəmə qərarına əməl etmək məqsədi ilə bülletenlərin sayılması dayandırılıb.
Alpər