Xəbər lenti

ABŞ-da smartfon formasında tapança hazırlanıb - FOTO, VİDEO
Dünya19:48 22.03.2016

ABŞ-da smartfon formasında tapança hazırlanıb - FOTO, VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da yeni “İdeal Conseal” tapançasının təqdimatı keçirilib. 
Tapança bükülü vəziyyətdə smartfon şəklini alır. İxtiranı nümayiş etdirən videonu Tomo Nes resursu öz YouTube səhifəsində yerləşdirib. 
İdeya iş adamı Kirk Çelberqə məxsusdur. O, üstündə gəzdirilməsi mümkün olan və ətrafdakıları qorxutmayan odlu silah yaratmağı öz qarşısına məqsəd qoyub.
“İdeal Conseal”da 9x17 millimetrlik iki patron yerləşir. Bükülü vəziyyətdə tapança güllə atmaq iqtidarında deyil. 
İxtira müəllifi qeyri-adi silahı almaq istəyənlərdən artıq minlərlə məktub alıb. Yeni silah açıq satışa bu il, amma bir az gec daxil olacaq və 395 dollara satılacaq.
Qaynar.info