Bir neçə avtomobil şirkəti mayın 18-də ABŞ-da yerləşən zavodlarının işini yavaş-yavaş bərpa etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu haqda "Wall Street Journal" vəziyyətlə tanış mənbələrə istinadən məlumat verib.
Son məlumata görə, şirkətlər həmkarlar ittifaqları və Miçiqan əyalətinin rəsmiləri ilə işlərin qismən bərpa olunması üçün bir tarix barədə razılığa gəliblər. Göstərildiyi kimi, şirkətlərin rəhbərliyi həmkarlar ittifaqı ilə birlikdə işçilərin yoluxma riskini azaltmaq üçün təhlükəsizlik protokolları hazırlayır. Şirkətlərdən birinin nümayəndəsi rəhbərlik etdiyi təşkilatın ABŞ-dakı fabriklərinin işini nə vaxt bərpa edəcəyinə hələ dəqiq qərar vermədiyini deyib.
Qeyd edək ki, Miçiqan əyalətində mayın 15-dək ən zəruri hallar istisna olmaqla, bütün istehsal fəaliyyətlərinə qadağa qoyulub.
Son məlumata görə, ABŞ-da Covid-19-dan 55 mindən çox insan ölüb.
Alpər