Xəbər lenti

ABŞ-da yüksək vəzifəli məmur istefa verdi: Trampa görə...
Dünya10:04 19.06.2020

ABŞ-da yüksək vəzifəli məmur istefa verdi: Trampa görə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibinin qanunvericilik məsələləri üzrə köməkçisi Meri Elizabet Teylor vəzifəsindən istefa verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın bir müddət əvvəl polis zorakılığı səbəbindən ölən Corc Floyd hadisələrində sərt qərarlar qəbul etməsi olub. 
"Həyatınızdakı bu tip hadisələr sizi dəyişdirir və xarakterinizi formalaşdırır. Prezidentin irqçilik qarşısındakı tədbirləri və açıqlamaları mənim dəyərlərimə və inanclarıma kəskin şəkildə ziddir", - deyə Teylor bildirib.
Qeyd edək ki, afro-amerikan olan Meri Elizabet Teylor həmin vəzifədə olan ən gənc və ilk qaradərili qadın idi.
Camal