Xəbər lenti

ABŞ-dakı Rusiya səfirliyi bağlanır
Dünya10:30 01.09.2017

ABŞ-dakı Rusiya səfirliyi bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Rusiyadan San-Fransiskodakı səfirliyini, həmçinin Vaşinqton və Nyu-Yorkdakı əlavə iki binasını bağlamağı tələb edib.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Noyert mətbuata açıqlamasında rəsmi Vaşinqtonun bu qərarının Moskvanın ötən ay Rusiyadakı amerikalı diplomatların sayının azaldılması tələbinə ABŞ-ın cavabı olduğunu bildirib.

"Rəsmi Moskvanın Rusiyadakı missiyamızı azaltma tələbinə cavabımızı verdik. Biz Rusiyanın bu qərarının əsassız olduğunu və ölkələrimiz arasındakı əlaqələrə zərər verəcəyini düşünürük. Hər iki ölkədə 3 səfirlik fəaliyyət göstərəcək", - deyə o, bildirib.

Sözçü həmçinin ABŞ-Rusiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də danışıb.

"Münasibətlərin daha da pisləşməməsi üçün Rusiyaya aid bəzi binaların açıq qalmasına icazə verdik. Bu tip sanksiyalara son qoyub, hər iki ölkənin xeyrinə olacaq sahələrdə əməkdaşlıq edəcəyini ümid edirik"

Qeyd edək ki, 30 dekabr 2016-cı ildə ABŞ-ın sabiq prezidenti Barak Obama prezidentlik müddətini başa vurduqdan bir neçə həftə öncə ABŞ-dan 35 rus diplomatını deportasiya etmiş, yeni prezident Donald Tramp isə hakimiyyət başına keçdikdən sonra Rusiya ilə əlaqələri inkişaf etdirəcəyini bildirmişdi. Lakin ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi iddiaları səbəbindən ABŞ konqresi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlamış və Rusiya da buna cavab olaraq ölkədəki amerikalı diplomatların sayını azaltma qərarı almışdı. Belə ki, Rusiyada ABŞ səfirlik işçilərinin sayı 755-ə endiriləcək.

Qaynarinfo.Az