Xəbər lenti

ABŞ-dan 8 ölkəyə səyahət qadağası
Dünya07:25 25.09.2017

ABŞ-dan 8 ölkəyə səyahət qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ höküməti 8 ölkəyə tətbiq ediləcək səyahət qadağasını qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İran, Liviya, Somali, Suriya, Yəmən, Çad, Şimali Koreya, Venesuela vətəndaşlarına qarşı ciddi təhlükəsizlik tədbirləri və səyahət məhdudiyyətləri tətbiq ediləcək. Ağ Evdən verilən açıqlamaya görə, məhdudiyyətlər prezident Donald Trampın bazar günü vaxtı bitən "viza qadağası qərarnaməsi"nin yerini alacaq və 18 oktyabrdan qüvvəyə minəcək. Əvvəlki siyahıda qadağa tətbiq edilən ölkələr müsəlmanların çoxluq təşkil etdiyi bölgələr idi, lakin yeni siyahıda bu qrupa daxil olmayan Şimali Koreya, Çad və Venesuela da var. 

Prezident Tramp "Twitter" hesabından ABŞ xalqının maraqlarını qorumaq məcburiyyətində olduqlarını və təhlükəsiz şəkildə nəzarətdən keçməyən şəxsləri ölkəyə buraxmayacaqlarını açıqlayıb. 

Qeyd edək ki, bazar günü müddəti bitəcək qərarnamədə Sudanın adı var idi, lakin yeni siyahıya bu ölkə daxil edilməyib. İraq isə məhdudiyyətlərə məruz qalacaq ölkələr arasında yer almasa da, bu ölkə vətəndaşlarının da ciddi nəzarət tədbirlərindən sonra viza ala biləcəkləri açıqlaması verilib.

Gülşən

Qaynarinfo.Az