Xəbər lenti

ABŞ-dan açıqlama: "Mursi rejimi demokratik deyildi"
Dünya14:38 12.07.2013

ABŞ-dan açıqlama: "Mursi rejimi demokratik deyildi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Ev sözçüsü 22 milyon insanın fikirlərini diqqətə almanın vacibliyini vurğulayıb

Rəsmi Vaşinqton Mursi rejiminin demokrat olmaması barədə məlumat yayıb. Misirin yeni höküməti Amerikanın bu açıqlamasını razılıqla qarşılayıb. Demokratiyanın sadəcə seçki olmadığını deyən Ağ Ev sözçüsü Cen Psaki Mursi əleyhdarı 22 milyon insanın fikirlərini diqqətə almanın vacibliyini vurğulayıb. 

Misirin Xarici İşlər Nazirliyinin nümayəndəsi bu açıqlama ilə Amerikanın Misirdəki son hadisələri və iyunun 30-da küçələrə çıxan milyonlarla insanın haqlı tələblərini anladığını deyib. 

Amerikanın Qahirədəki səfiri isə Mursinin devrilməsindən bir neçə gün əvvəl prezidentin demokratik yolla seçildiyini və küçədəki iğtişaşlara son verilməsini tələb etmişdi. Daha sonra isə ABŞ rəsmiləri bunun hərbi dövlət çevrilişi olmadığını irəli sürərək Misirə göstərilən hərbi yardımları dayandırmanın tez olduğunu demişdi./anspress/