Xəbər lenti

ABŞ-dan Avropaya zərbə: "Getməyin"
Dünya18:11 31.05.2016

ABŞ-dan Avropaya zərbə: "Getməyin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yay Avropanın turizm obyektləri və insanların sıx toplaşdığı ərazilər terrorçuların hədəfində olacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilib.
Məlumata görə, vətəndaşlara Avropaya səyahət zamanı diqqətli olmaları bildirilib.
Açıqlamada həmçinin xəbərdarlığın 31 avqust 2016-cı il tarixinə qədər qüvvədə olacağı vurğulanıb.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 13-də Fransada və 2016-ci ilin martın 20-21-də isə Belçikada İŞİD terrorçuları silsilə terror aktları həyata keçirmişdi.
Qaynarinfo.az