Xəbər lenti

ABŞ-dan Ermənistana zərbə
Dünya17:15 15.04.2015

ABŞ-dan Ermənistana zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti beynəlxalq aləmdəki çeşidli problemləri nəzərə alaraq, bəzi ölkələrdə, o cümlədən Avropa dövlətlərində və Ermənistanda həyata keçirdiyi proqramların maliyyələşdirilməsinin azaldılması haqda qərar qəbul edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bu ölkənin baş naziri Ovik Abramyanla görüşdə bildirib.
Görüşdə tərəflər bir sıra regional və qarşılıqlı maraq kəsb edən məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) Ermənistandakı proqramının bağlanacağı haqda xəbər yayılmışdı. Qurumun Ermənistan ofisinin başçısı Karen Hilliard fəaliyyətlərini davam etdirəcəklərini bildirib. 
Qaynar.info