
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Suriya müxalifətinə silah satışına icazə verən qanun qəbul edib.
Qaynar.info-nun məlumatına görə, Suriya müxalifətinə silah satışına icazə verən qanun qəbulu üçün demokrat və respublikaçılardan ibarət 15 komitə üzvü səs verib.
Qanun layihəsi təsdiqlənməsi üçün Nümayəndələr Palatasına göndəriləcək.
Qanun layihəsi Beynəlxalq Əlaqələr Komitəsinin sədri Robert Menendez və respublikaçı senator Bob Korker tərəfindən irəli sürülüb. Layihə ABŞ-ın maraqlarına uyğun Azad Suriya Ordusuna və Bəşər Əsədə qarşı döyüşən müxaliflərə silah satışını nəzərdə tutur.
Qaynar.info