
Pentaqon ABŞ-a qarşı kiberhücumlarla bağlı ilk dəfə Çin hökumətini və ordusunu rəsmən ittiham edib.
Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyi tərəfindən yayılan illik hesabatda ABŞ-a qarşı kiberhücumların Çin hökuməti və ordusu tərəfindən idarə edildiyi bildirilib.
Hesabatda Çinin kiberhücumlar vasitəsilə ABŞ xüsusi xidmət orqanları əməkdaşlarından məlumat oğurlamağa çalışdığı, bu hücumlara qarşı Pentaqonun əvvəlki dövrlərdən fərqli olaraq bəzi kiçik addımlar aracağı qeyd edilib.
ABŞ daha əvvəl Pekindəki bəzi mülki mütəxəssislərdən istifadə edilərək Amerika şirkətlərinə hücumlar edildiyini bildirirdi. Keçən il isə bəzi hökumət rəsmiləri və mütəxəssislər hücumların arxasında Çin hökumətinin ola biləcəyini iddia etdilər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "Mandiant" şirkətinin fevral ayında hazırladığı bir hesabatda Şanxayda Çin ordusuna bağlı bir hərbi birliyin ABŞ şirkətlərinə qarşı hücumlar təşkil etdiyinə dair detallı məlumatlar yer almışdı. ABŞ-dakı 140-dan çox şirkətə qarşı kibercasusluq fəaliyyətlərinin analiz edildiyi hesabatda bu hücumların Çin Xalq Qurtuluş Ordusu ilə əlaqəli olduğu bildirilmişdi.
Qaynar.info