ABŞ administrasiyası İranın nüvə, hərbi və ballistik raket proqramları ilə bağlı olduğunu əsas gətirərək, İrana göndərənlərə sanksiya tətbiq ediləcək metallar siyahısına daha 22 xüsusi metalın adını əlavə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo yazılı açıqlama verib. O, İrana qarşı metal sanksiyalarının genişləndirildiyini bildirib:
"Bu gün Dövlət Departamenti İranın nüvə, hərbi və ballistik raket proqramları ilə əlaqədar istifadə olunan 22 xüsusi metalı açıqlayıb. Bu materialları bilərək İrana göndərənlər sanksiyalara məruz qalacaq".
Pompeo eyni zamanda İranın inşaat sektorunu İran İnqilab Keşikçiləri Korpusunun idarə etdiyini vurğulayaraq, bəzi avadanlıqların İrana və ya İrandan transferinin də sanksiyalara səbəb olacağını vurğulayıb.
ABŞ-ın sanksiya siyahısına saldığı 22 metal arasında alüminium və polad növləri də var.
Camal