Xəbər lenti

ABŞ-dan İrana qarşı həmlə: Çini bu ölkəyə neft idxalını azaltmağa çağırdı
Dünya05:49 29.09.2021

ABŞ-dan İrana qarşı həmlə: Çini bu ölkəyə neft idxalını azaltmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Çin tərəfini inandırmağa çalışır ki, İrandan neft idxalının həcmini azaltmaq lazımdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”, ABŞ və Avropa hökumətlərindəki mənbələrə istinadən xəbər verib.
Məlumatlara görə, Vaşinqton diplomatik kanallar vasitəsilə Pekinə müraciət edərək, İranın nüvə proqramının inkişafı səbəbindən ABŞ-ın sanksiyaları altında olduğunu xatırladıb. 
"Biz sanksiya səlahiyyətlərimizi tətbiq etmişik və lazım gələrsə tətbiq etməyə də davam edəcəyik. Buna baxmayaraq, İranla bağlı dialoq çərçivəsində Çinlə bu məsələyə diplomatik yollarla yaxınlaşırıq”, deyə məlumatda bildirilir.
Müxtəlif mənbələrə görə, ilin əvvəlindən etibarən Çindən İran nefti idxalının orta həcmi avqustda gündəlik 553 min barel təşkil edib.
Xəyal Abdullayev