Xəbər lenti

ABŞ-dan müstəqil Kürd dövləti əleyhinə açıqlama
Dünya08:19 19.07.2017

ABŞ-dan müstəqil Kürd dövləti əleyhinə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəsmi Vaşinqtonun BMT üzrə səfiri Nikki Heyli sentyabrda İraq Kürd dövlətinin müstəqillik statusu qazanması üçün keçiriləcək referenduma münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yazılı açıqlama verən səfir "İstənilən müstəqillik barədə referendum İraq üçün vacib olan İŞİD-lə mübarizə məsələləsinə zərər verər və ölkədə sabitlik üçün aparılan mübarizədən diqqətin yayılması ilə nəticələnər. Bu məsələyə görə narahatıq" deyib. 

Qeyd edək ki, İraq Kürd dövlətinin lideri Məsud Bərzani 7 iyun-da 25 sentyabr 2017-ci il tarixində referendum keçirəcəklərini, statusu mübahisəli olan Kərkükün də referenduma daxil edilə biləcəyini açıqlamışdı. İraq höküməti isə bu qərarı qəbul etmir və qanunsuz adlandırır.

Gülşən

Qaynarinfo.Az