Xəbər lenti

ABŞ-dan müxalifətə 10 milyonluq yardım
Dünya08:05 12.04.2013

ABŞ-dan müxalifətə 10 milyonluq yardım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələrə silah yardımı etməkdən imtina edən ABŞ, bunun əvəzini humanitar yardımlarla çıxır. 

Qaynar.info-nun məlumatına görə, Ağ Evdən verilən açıqlamada suriyalı müxaliflərə 10 milyon dollarlıq qida və tibbi ləvazimat yardımı ediləcəyi bildirilib. 

ABŞ prezidenti Barak Obamanın imzaladığı yardım paketi hər hansı humanitar təşkilatın maddi dəstəyilə həyata keçiriləcək. 

Qeyd edək ki, ABŞ hökuməti indiyə qədər suriyalı müxaliflərə 385 milyon dollarlıq humanitar yardım edib.

Qaynar.info