Xəbər lenti

ABŞ-dan Qarabağda hərbi əməliyyatlara qadağa
Siyasət05:31 27.04.2013

ABŞ-dan Qarabağda hərbi əməliyyatlara qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi həlli yolverilməzdir. 

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda keçirilən brifinqdə deyib: "Münaqişənin yalnız uzunmüddətli və sülh həlli yolu regionda sabitlik, çiçəklənmə və sülh gətirə bilər".

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfilə işləməyə hələ də qətiyyətlə sadiqdir.

Qaynar.info