Xəbər lenti

ABŞ-dan "DQR" açıqlaması - "TANIMIRIQ"
Siyasət17:22 30.03.2016

ABŞ-dan "DQR" açıqlaması - "TANIMIRIQ"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.
Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: “Havay ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”.
Qaynar.info