Xəbər lenti

ABŞ-dan Rusiya ilə bağlı Çinə "qırmızı xətt" xəbərdarlığı
Dünya09:35 24.03.2022

ABŞ-dan Rusiya ilə bağlı Çinə "qırmızı xətt" xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Co Bayden administrasiyası, sanksiyalara məruz qalmış Rusiya biznesinə ixrac nəzarətindən yayınmağa və ya qadağan olunmuş maliyyə əməliyyatlarını həyata keçirməyə yardım etməsi ehtimalı ilə bağlı Pekinə xəbərdarlıq edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi yazıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, yaxın zamanda Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalardan Çinin və ya hər hansı digər ölkənin yardımı ilə yan keçə bilməməsi üçün G7 ölkələri buna birgə cavablarını açıqlayacaqlar. 
"Məsələ təkcə Çinlə bağlı deyil, lakin tətbiq etdiyimiz sanksiyaları istənilən böyük iqtisadiyyat və bu iqtisadiyyatlardan hər hansı birinin qəsdən və fəal şəkildə dağıtmaq və ya yumşaltmaq üçün verəcəyi qərarlar haqqında olacaq”, - Sullivan bildirib.
Onun sözlərinə görə, "ABŞ hökuməti bu mesajı Çinə çatdırıb və hazırda "Avropa İttifaqından və ayrı-ayrı Avropa ölkələrindən oxşar siqnal gözləyir”.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo