
Suriyanın Raqqa şəhərində yerləşən Ayn İssa düşərgəsində YPG terrorçularının məzuniyyət günü keçirilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG-nin düşərgəsində təlim prosesini tamamlayan 250 terrorçu əllərini ürəklərinə qoyaraq faşist salamı veriblər, daha sonra isə silahla təchiz ediliblər.
Qeyd edək ki, ABŞ bir müddətdir YPG terror qrupunu İŞİD-lə mübarizə məqsədilə maliyyələşdirir. Təlimdən keçən terrorçuların sayının 3500 nəfərə çatması gözlənilir.
ABŞ höküməti İŞİD-i Raqqadan təmizləyəndən sonra silahları terror qrupundan alacağını bildirir.
Gülşən
Qaynarinfo.Az






