Xəbər lenti

ABŞ-dan şok qətnamə: Trampın İranla bağlı hərbi səlahiyyətləri əlindən alınır
Dünya08:03 06.01.2020

ABŞ-dan şok qətnamə: Trampın İranla bağlı hərbi səlahiyyətləri əlindən alınır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Nümayəndələr Palatası bu həftə Prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırma qərarı verəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda spiker Nensi Pelosi məlumat verib.
"Bu həftə prezidentin İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün Palata hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək və bunu səsə qoyacaq", - spikerin saytında bildirilib.
Bildirilir ki, bu qətnamənin Trampın Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlar keçirməsini qanuni şəkildə qadağan etməsini təklif edən senator-demokrat Tim Kane tərəfindən təqdim edilən qətnaməyə bənzər maddələri var.
"Qətnamə Konqresin nəzarət məsuliyyətini bir daha təsdiqləyir və göstərir ki, Konqresin heç bir qərarına əməl edilməyəcəyi təqdirdə Administrasiyanın İrana qarşı keçirəcəyi hərbi əməliyyatlar 30 gün ərzində dayandırılacaq", - press-relizdə deyilir.
Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında əməliyyat keçirib. Əməliyyatda İran generalı Qasım Süleymani və İraq şiə milisinin rəhbər müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb. Vaşinqton hesab edir ki, onlar 31 dekabr 2019-cu ildə ABŞ-ın Bağdaddakı səfirliyinə hücumun təşkilində iştirak ediblər.
İranın Ali dini rəhbəri Əli Xamenei Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacağını vəd edib. Tramp amerikalılara hücum ediləcəyi təqdirdə İrandakı 52 hədəfə "sürətli və güclü zərbə" vurulacağını bildirib.
Dünya birliyi ABŞ və İranı təmkinli olmağa çağırıb.