Xəbər lenti

ABŞ-dan son dəqiqə Fətullah Gülən AÇIQLAMASI
Dünya13:04 16.07.2016

ABŞ-dan son dəqiqə Fətullah Gülən AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədəki hərbi çevriliş cəhdinin səbəbkarı hesab olunan Fətullah Gülənlə bağlı Amerika Birləşmiş Ştatları hökuməti açıqlama verib. 
"Qaynarinfo.Az" xəbər verir ki, xarici işlər naziri Con Kerri "xidmət hərəkatı"nın lideri ilə bağlı Türkiyədən hər hansı bir tələb almadıqlarını bildirib.
Lüksemburq səfəri zamanı jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri çevriliş cəhdinin araşdırılması üçün Türkiyəyə yardım etməyə hazır olduqlarını deyib: "Türkiyənin cənab Gülənlə bağlı verəcəyi sualların olduğunu təxmin edirik. Türkiyə hökumətini həmişə olduğu kimi real sübutları bizə təqdim etməyə çağırırıq".
Qaynarinfo.Az