İyunun 26-na keçən gecə Tehran yaxınlığındakı dağlıq ərazidə yerləşən "Parçin” hərbi bazası yaxınlığında qaz konteyneri partlayıb. İranın Müdafiə Nazirliyi hadisənin səbəbini göstərmədən faktı təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, "Associated Press" agentliyi Amerika Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin məlumatlarına istinadən burada gizli yeraltı raket istehsalı zavodunun ola biləcəyini bildirib.
Avropa Kosmik Agentliyi Sentinel-2 peykindən Tehrandan 20 km şərqdə yanmış yerin böyük bir ərazisini göstərən görüntülər alıb. Mütəxəssislər yaxınlıqdakı "Kocir” kompleksində raket istehsalına başlandığını düşünürlər.
Daha əvvəl MAQATE təxminən 20 il əvvəl İranın "Parçin” hərbi bazasında nüvə silahı hazırlaya biləcək komponentləri sınaqdan keçirdiyini irəli sürmüşdü.
Alpər