
ABŞ PKK-nın Suriya qolu olan YPG-yə növbəti hərbi yardımını edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Suriyada İŞİD terror qrupu ilə mübarizə apardığı deyilən YPG-yə 100 yük maşını hərbi yardım göndərilib. ABŞ-ın göndərdiyi texnika arasında zireli "Hummer"lər, CİP-lər, 12 min Kalaşnikov, 6 min avtomat tüfəng, 3 min Amerika istehsalı RPG-7, min ədəd AT-4, Rusiya istehsalı SPG-p və s. silahlar və çox sayda raket və toplar da var.
Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl İŞİD-i Suriyada məhv etmək məqsədilə YPG-yə silah yardımına başlayıb. Bu günə qədər mindən çox yük maşını ilə silah-sursat Suriyaya daşınıb.
Gülşən
Qaynarinfo.Az