Xəbər lenti

ABŞ-dan Türkiyəyə pis xəbər - VİDEO
Dünya08:47 26.05.2016

ABŞ-dan Türkiyəyə pis xəbər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Müdafiə Nazirliyi Ankaranı məyus edib.

Qaynarinfo.az ölkə.az-a istinadən bildirir ki, ABŞ müdafiə nazirinin müavini Frank Kendall Türkiyəni məyus edib.

Kendall verdiyi açıqlamada müasir F-35 qırıcı-bombardmançı təyyarələrinin sınaq uçuşlarının keçirilməsi müddətinin 2018-ci ilə qədər uzadılacağını bildirib.

Xatırladırıq ki, dünyada analoqu olmayan F-35 təyyarələri ABŞ-da Türkiyənin də daxil olduğu 9 ölkənin ortaq qurduğu konsorsium tərəfindən istehsal edilib. Təyyarənin ilk sınağının 2017-ci ildə keçiriləcəyi planlaşdırılırdı.

Türkiyə F-35 təyyarələrinə ABŞ-dan sonra malik olacaq ikinci ölkə olmalı idi.

Qaynarinfo.az