
ABŞ höküməti Venesuela prezidenti Nikolas Maduro haqqında sanksiya qərarı verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ maliyyə nazirliyi açıqlama verərək yeni konstitusiyanın qəbulu üçün keçirilən parlament seçkisindən sonra bu qərarı verib və avtoritar sistem qurmağa çalışan Maduronu tənqid edib.
Açıqlamada bildirilir ki, qurucu məclis seçkiləri Venesuelanın konstitusiya və demokratik sistemi üçün təhlükədir və xalqın, ölkədə illərlə qurulmuş hüquqi sistemin əleyhinə verilmiş qərardır.
Nikolas Manuçinin ABŞ-dakı bütün mülkü hökümət tərəfindən ələ keçirilib.
Qeyd edək ki, Venesuelada aclıq və yoxsulluqdan əziyyət çəkən xalq aylardır aksiyalar keçirir və bu günə qədər yüzlərlə insan dünyasını dəyişib.
Gülşən
Qaynarinfo.Az