ABŞ-da maliyyə bazarı tənzimləyicilərindən biri olan ABŞ Valyuta Nəzarəti İdarəsinin (OCC) məlumatına görə, ABŞ bankları kriptovalyutalarla bağlı müəyyən fəaliyyətlərə başlamazdan əvvəl öz tənzimləyicilərindən icazə və ya yazılı razılıq almalıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə OCC prezidenti Mikael Hsu bildirib. O, verdiyi açıqlamada vurğulayıb ki, bankların kriptovalyuta müştərilərinə saxlama və klirinq kimi xidmətlər təqdim etməzdən əvvəl tənzimləyicilərə müvafiq risk idarəetmə alətlərinə malik olduqlarını sübut etməlidirlər:
"Bu texnologiyalar və məhsullar yeni risklər yaradır. Banklar bu fəaliyyətləri təhlükəsiz həyata keçirmək üçün müvafiq risklərin idarə edilməsi sistemlərinə və nəzarət vasitələrinə malik olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar".
FED, FDIC və OCC-nin birgə bəyanatında bank tənzimləyicilərinin 2022-ci ildə ənənəvi bankların kriptovalyuta bazarında qanuni olaraq oynaya biləcəyi rolları aydınlaşdıracağı bildirilir.
Xəyal