ABŞ donanmasına aid bir destroyer Çinin münaqişəli Cənub Çin Dənizində olan süni adalarından birinin 12 dəniz mili uzaqlığına yaxınlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters-ə danışan ABŞ rəsmilərindən biri Çini əsəbiləşdirəcək açıqlama verib.
Adını açıqlamayan şəxs ABŞ-ın bu həmləsini "azad gəmiçilik əməliyyatı" adlandırıb.
İki ölkə arasında ticarət müharibəsinin davam etdiyi bir dövrdə gərginliyə hərb məsələlərinin də əlavə edilməsi hər an ABŞ-Çin müharibəsinin başlaya biləcəyinə işarədir.
Qeyd edək ki, son dövrlərdə Cənub Çin Dənizinə nəzarət iddiaları səbəbindən iki ölkə arasında sular durulmur.
Çin Cənub Çin Dənizinin bütün ərazisinin ona aid olduğunu iddia edərkən, bəzi yerlərin onlara aid olduğunu iddia edən Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnam isə buna etiraz edirlər.
Son illərdə Pekin idarəçiliyi bu strateji bölgədə hərbi bazalar və süni adalar yaratmaqla buraya nəzarətdə hegemonluğunu daha da artırıb.
Qeyd edək ki, may ayında Çin ilk dəfə Cənub Çin Dənizində yerləşən Vudi və Parasel adalarına ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq bombardman təyyarələri göndərmişdi. Bundan sonra ABŞ-ın 2 hərbi gəmisi Çinə göz dağı vermək üçün bölgəyə yaxınlaşsa da, Çin dərhal öz hərbi gəmilərini və təyyarələrini oraya yönləndirərək ABŞ-a əks-xəbərdarlıq vermişdi.