Xəbər lenti

ABŞ diplomatının arvadı britaniyalı gənci öldürüb qaçdı - Qalmaqal
Dünya17:29 06.10.2019

ABŞ diplomatının arvadı britaniyalı gənci öldürüb qaçdı - Qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı diplomatın həyat yoldaşı Britaniyanın Northamptonşir əyalətində 19 yaşlı Harri Dunn adlı gənci qəza nəticəsində öldürüb.
Qaynarinfo xəbər verir ki, qəza avqustun sonlarında Krouton hava bazasının yaxınlığında baş verib. Motosiklet idarə edən bir gənc qarşıdakı zolağa çıxan ABŞ vətəndaşının avtomobiliylə toqquşub.
Qəzadan az sonra qadın diplomatik toxunulmazlıqdan istifadə edərək ölkəni tərk edib. Bunu ona Birləşmiş Ştatların səlahiyyətli nümayəndələri tövsiyə edib.
"Mən Birləşmiş Krallığın məyusluğunu ifadə etmək üçün ABŞ səfirinə zəng vurdum və səfirliyi bu məsələni yenidən nəzərdən keçirməyə çağırdım", - İngiltərə Xarici İşlər naziri Dominik Raab deyib. 
Alpər