ABŞ Dövlət Departamenti ölkədə çalışan Çin dövlət mətbuat orqanları işçilərinin sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq qərarına gəlib.
Qaynarinfo İnterfax-a istinadən xəbər verir ki, Dövlət Departamentinin qərarına əsasən martın 13-dən Çindən olan jurnalistlərin sayı 160-dan 100-ə endirilməlidir. Xüsusilə Sinxua Agentliyi ABŞ-da 59, Çin Qlobal Televiziya Şəbəkəsi 30, ingilis dilli Çin Daily qəzeti 9, Çin Beynəlxalq Radiosu 2 işçisini ixtisar etməlidir.
Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, qərar ABŞ-dakı çinli jurnalistlərin getdikcə sərtləşən mövqeyinə cavabdır. Pompeo həmçinin bildirib ki, ABŞ administrasiyası uzun müddətdir gecikən bərabər şəraiti yaratmağa çalışır və Pekinin də Çindəki amerika və digər xarici mətbuat orqanlarına daha ədalətli yanaşacağını ümid edir.
Qeyd edək ki, fevralda Çin hakimiyyəti təhqiramiz hesab etdiyi başlıq səbəbindən "Wall Street Journal"ın 3 işçisinin akkreditasiyasını ləğv etmişdi.
Camal