
ABŞ-ın CBS News telekanalı keçmiş dövlət katibi Hillari Klintonun zamanında Dövlət Departamentində baş verən seks və narkotik qalmaqalları ilə bağlı şok iddialar ortaya atıb.
İddialar arasında ABŞ-ın Belçikadakı səfiri Hovard Qutmanın azyaşlı uşaqlar və fahişələrlə cinsi əlaqədə olduğu bildirilir. Əldə olunan sənədlərdə göstərilir ki, Dövlət Departamenti işçilərinə bir diplomatik nümayəndənin açıq parkda fahişələrlə sekslə məşğul olduğu iddialrı ilə bağlı araşdırmanı dayandırmaq təlimatını verir.
Digər sənəddə isə Livandakı ABŞ səfirliyinin bir əməkdaşının əcnəbi cangüdənlərə təcavüz etməyə çalışdığı da ortaya çıxarılıb.
Qaynar.info