
ABŞ Ermənistanla iqtisadi əməkdaşlığın inkişafına, dost erməni xalqının təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət verir.
Qaynar.info-nun məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı deyib.
Görüş zamanı Kerri bildirib ki, onun özü də erməni cəmiyyətinin sıx yaşadığı Massaçusets ştatındandır və Ermənistanın problemlərini yaxından dərk edir.
Nalbandyanın Ermənistana səfər dəvətini qəbul edən dövlət katibi bildirib ki, bu il ərzində Ermənistana səfər etməyi düşünür.
Qaynar.info