
ABŞ dövlət katibi Con Kerri gələn ilin yazında Gürcüstana səfər edəcək.
Qaynar.info-nun məlumatına görə, bu barədə Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze xəbər verib.
Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında gələcək strateji əməkdaşlığın inkişafı üçün bütün əsaslar var və bu əməkdaşlıqda keyfiyyətli yeni mərhələ başlayıb.
Qaynar.info