
ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilə bilər.
"Qaynarinfo" xəbər verir ki, Ağ Evdə baş verən dəyişikliklərlə və prezident Donald Trampla yaranan fikir ayrılığına görə Reks Tillersonun dövlət katibi postunu təhvil verməsi gözlənilir.
Xəbər "CNN" telekanalı tərəfindən yayılıb. Bildirilir ki, Trampla Tillerson arasında Qətərə qarşı tətbiq edilən sanksiya məsələsində və iqlim dəyişikliyi ilə əlaqədar Paris razılaşmasından geri çəkilmək barədə qərarda ciddi fikir ayrılıqları mövcud olub.
Tillerson Qətərə qarşı mövqedə neytral olmağın və Paris razılaşmasından imtina etməməyin tərəfdarı olub.
Bundan əlavə prezidentin məsləhətçisi və kürəkəni olan Cared Kuşnerlə Tillerson arasında gərginliyin yarandığını və Kuşnerin dövlət katibini qeyri-peşəkar adlandırdığı iddia edilir.
Gülşən
Qaynarinfo.Az