Xəbər lenti

ABŞ dövlət katibi Türkiyəyə gəlir
Dünya09:18 28.02.2013

ABŞ dövlət katibi Türkiyəyə gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş katibin 1-2 mart tarixindəki səfərində regional məsələlər müzakirə olunacaq.

Anspress-in Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumatına görə, Con Kerri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə 1-2 mart tarixində Ankarada olacaq.

Səfər zamanı ABŞ dövlət katibi Con Kerri Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla da görüşəcək.

Səfər çərçivəsində Amerika-Türkiyə münasibətləri, müxtəlif regional və qlobal məsələlər ətrafında müzakirələr aparılacaq. 

Qaynar.info