Xəbər lenti

ABŞ əfqan polisini vurdu: 16 ölü
Dünya08:38 22.07.2017

ABŞ əfqan polisini vurdu: 16 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfaqanıstanın Helmand bölgəsində Taliban terrorçularını hədəf alan ABŞ hərbi gəmiləri səhvən əfqan polisləri vurub. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində azı 16 polis dünyasını dəyişib. Hadisə yerində 20 polis olub. Həlak olanların cəsədləri torpaq altından çıxarılır. 

Əfqanıstanda yerləşən NATO nümayəndələri yazılı açıqlama ilə çıxış edib. Bildirilir ki, hadisə yanlış hədəf seçimi nəticəsində baş verib.

Ölkənin şimalında yerləşən Bədaxşan bölgəsində isə Taliban terrorçuları polis bölməsinə hücum edib. Nəticədə 30 nəfər öldürülüb.

Gülşən

Qaynarinfo.Az