Xəbər lenti

ABŞ Əfqanıstana əlavə qoşun göndərir
Dünya10:21 01.09.2017

ABŞ Əfqanıstana əlavə qoşun göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ müdafiə naziri Ceyms Mattis Əfqanıstana əsgər göndərilməsi barədə məlumat verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mattis bu barədə qərar imzaladığını və yaxın dövrlərdə əsgərlərin göndəriləcəyini açıqlayıb. Nazir qərarın ABŞ prezidenti Donald Trampın yeni Əfqanıstan strategiyasına uyğun gəldiyini, hansı əsgərlərin göndərilməsi barədə məlumatın hələlik dəqiqləşmədiyini deyib və bu qüvvələrin əfqan birliklərini daha effektiv edəcəyini açıqlayıb. 

Qeyd edək ki, Əfqanıstanda 11 min ABŞ əsgərinin olduğu deyilir və əlavə 3900 nəfər əsgərin göndərilməsi planlaşdırılır.

Gülşən

Qaynarinfo.Az